Keçən ilin nəticələrinə görə, Tesla şirkəti 976 milyon dollar itirib. Bununla belə, şirkətin ümumi gəliri 21,4 milyard dollar təşkil edib ki, bu da 2017-ci ildən 82% çoxdur. Bu rəqəmlər şirkətin maliyyə hesabatlarında dərc edilib.
Şirkətin rəhbəri İlon Maskın sözlərinə görə, 2018-ci ilin yayında şirkət müflis olmağa yaxınmış. Ekspertlər avqust ayına istehsalçının vəsait ehtiyatını tamamilə tükədəcəkdir. Həmin zaman Tesla saatda 480 min dollar xərcləyirmiş.
Lakin, direktorlar şurası tərəfindən görülmüş tədbirlər vəziyyəti düzəltməyə imkan verib. Belə ki, əməkdaşların sayı azaldılmış, firma doldurma stansiyalarına pulsuz giriş ləğv edilmiş və referal proqramı dayandırılmışdır. Bu tədbirlər sayəsində Tesla dördüncü rübdə 139 milyon dollar qazanıb.
2018-ci ilin dördüncü rübündə Tesla müştərilərə 63359 ədəd Model 3, həmçinin 27 mindən çox Model S və Model X elektrokarı göndərib. Bu ilin yanvarında isə, Avropa və Çində Model 3 elektrokarının istehsalı başlanıb. Model 3 elektrokarının müəyyən dövrlərdəki istehsal həcmi həftədə yeddi minə çatıb. 2018-ci ildə Tesla cəmi 239475 elektrokar satıb.
Mask qarşıdan gələn hər rübün Tesla üçün mənfəətli olacağını vəd edib. O, istehsalın və satışın 50% artacağını ehtimal edir. Bundan başqa, yayda markanın yeni pikap modeli debüt etməlidir.