Bu günlərdə ABŞ-da maraqlı bir hadisə baş verib. Avtomagistralların birində avtopilot rejimində hərəkət edən Tesla Model S elektrokarına Toyota markasından olan avtomobil “hücum” çəkib.
Çox güman ki, Toyota modelinin sürücüsü sağa doğru zolaq dəyişdirmək istəyib və sağ güzgüyə baxmadan və dönmə işığını yandırmadan (lap Bakıdakı kimi) manevr edib. Təhlükəni sezən avtopilot sistemi, dərhal elektrokarı sağ tərəfə istiqamətləndirərək qəzanı önləyib.