Kaliforniyada yerləşən Unplugged Performance şirkəti UP.FIT adlı firma bölməsinin yeni layihəsini təqdim edib. Amerikalı mütəxəssislər Tesla Cybertruck pikapını polisdə xidmət edəcək patrul avtomobilinə çeviriblər. Pikapın üç modifikasiyası açıqlanıb: Patrol, Admin və Tactical. Modifikasiyalar avadanlıq baxımından fərqlənəcək, lakin texniki cəhətdən eyni olacaqlar. Pikap həmçinin taktiki, hərbi və ya axtarış-xilasetmə əməliyyatları üçün uyğunlaşdırıla bilər.
Yeniliyi ABŞ-dakı polis avtomobilləri üçün ənənəvi olan poladdan ön güc bamper ilə təchiz ediblər - bamperin üzərində mavi və qırmızı rəngli stroboskoplar quraşdırılıb, ön qanadlarda isə, axtarış projektorları peyda olublar.
Dama sayrışan işıqlar, kandarlar və arxa borta stroboskoplar quraşdırılıb, görünüşü isə, yolsuzluq şinləri taxılmış yeni 18 düymlük qara təkər diskləri tamamlayır. Salonda işıqlandırma avadanlığını idarə etmək üçün konsol, radio rabitə sistemi, polis kompüteri və Starlink peyk İnternetə çıxış terminalı quraşdırılıb.
Cybertruck üçün bir sıra xüsusi opsiyalar, o cümlədən məhbusları daşımaq üçün arakəsmələr, polis K9 köpəkləri üçün volyer və silahların saxlanılması üçün sındırılmaya qarşı davamlı bölmələr təklif olunur.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.