Amerikan Unplugged Performance atelyesi öz müştərilərinə von Holzhausen fəşn-brendi ilə əməkdaşlıqda hazırlanmış yeni interyer tərtibatı variantını təklif etməyə başlayıb. Tesla markasının hazırkı baş dizayneri Franz von Holzhauzenin həyat yoldaşı Viki von Holzhauzen tərəfindən qurulan şirkət süni Banbū Leather dərisindən çantalar istehsal edir. Bu material bambukdan hazırlanır və toxunuş zamanı yumşaq qoyun dərisini xatırladır.

Kaliforniyada yerləşən Unplugged Performance şirkəti 2013-cü ildə qurulduğu gündən etibarən Tesla elektromobillərinin tüninqi ilə məşğuldur. 2021-ci ildə atelye Koenigsegg Advanced Manufacturing ilə müqavilə bağlayaraq, əvvəllər yalnız hiperkarlarda istifadə edilən kompozitlərə çıxışı əldə edib.

İndi çanta və aksesuar istehsalçısı von Holzhausen ilə əməkdaşlıq sayəsində, firma süni Banbū Leather üzlüklərini öz kataloquna əlavə edib. Bu material toxunuş zamanı yumşaq qoyun dərisini xatırladır, lakin onun 83 faizi bitki mənşəli xammaldan - əsasən də bambukdan ibarətdir. O, inək dərisindən üçdə bir dəfə yüngüldür və istehsal zamanı 33 faiz daha az karbon qazı ayırır.

Süni dərini keçmiş Mercedes-Benz dizayneri və hazırda Tesla markasının baş stilisti olan Franz von Holzhauzenin həyat yoldaşı Viki von Holzhauzen tərəfindən yaradılıb. Onun sözlərinə görə, Banbū Leather təkcə moda sənayesi üçün deyil, həm də mebel, aviasiya və gördüyümüz kimi avtomobil sənayesi üçün uyğundur.

Belə interyerin tikilməsində yalnız əl işindən istifadə olunur. Hər bir interyerin hazırlanmasına orta hesabla 100 saat sərf edilir. “Bambukdan” hazırlanmış interyer üçün 29,995 dollar tələb olunur. İnteryer üçün istifadə edilən süni dəri qara, boz, karamel və albalı rəngində ola bilər.

Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, 39,995 dollara Banbū Leather, alkantara və digər “veqan” materialları ilə üzlənmiş interyeri də sifariş etmək olar.

Unplugged Performance atelyesi “bambuk” interyerə sifarişləri cari ilin qışında qəbul etməyə başlayacaqdır, Avropaya çatdırılmalar isə, gələn ilə planlaşdırılıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.