Almaniyada Tesla Model S elektromobilin sahibi günün qəhramanı olmuşdur. “Muenchner Merkur” nəşrinin veridyi xəbərdə, elektromobilin sahibi olan 41 yaşlı Manfred Kikin huşunu itirmiş digər sürücünü xilas etdiyi bildirilir.

Avtobanda hərəkət zamanı Manfred Kik qarşıda gedən Volkswgen Passat universalının qəribə şəkildə hərəkət etdiyinin şahidi olmuşdur. Avtomobil ilə bərabərləşən zaman, o universalın sürücüsünün huşunu itirdiyini görmüşdür.

Bundan sonra, Kik Volkswagen Passat universalını ötərək onun önünə keçmiş və yavaşlamağa başlamışdır. Sonunda avtomobillərin təmasını təşkil edərək universalı tədricən yavaşladaraq dayandırmağı bacarmışdır.

Hadisə yerinə gəlmiş yanğınsöndürənlər briqadası Passat’a daxil olaraq 47 yaşlı sürücünü salondan çıxarmışdırlar. Ehtimallara görə, universalın sahibi insult keçirmişdir. Yanğınsöndürənlər Tesla sürücüsünün fikirləşmədən müdaxilə etməsi nəticəsində unversalın sahibin həyatını qurtardığı bildirmişdirlər. Hadisədən xəbər tutan Tesla şirkətinin rəhbəri İlon Mask Twitter sosial şəbəkəsi vasitəsi ilə qəhrəman Tesla sahibini təbrik etmiş və onun avtomobilinin şirkətin hesabına qısa müddətdə pulsuz təmir etdiriləcəyini bildirmişdir.