Tesla Model S və Model X elektrokarlarının 90 faizindən çoxu istehsal qüsurlarına malikdir. Bu qüsurlar yığılmanın kefiyyətinə nəzarət prosesində aradan qaldırılsa da, bu işə külli miqdarda vəsait xərclənir. Bu barədə xəbəri markanın Frimontdakı zavodunun əməkdaşlarına istinadən Reuter agentliyi yayıb.
Reuters agentliyinə müsahibə verən əməkdaşların sözlərinə görə, yığılma sahəsindəki problem 2012-ci ildən mövcuddur.
Bunların arasında həm kosmetik effektlər (qopuq və cızıq), həm də ciddi nasazlıqlar sayılan olan xarab oturacaqlar və qapılar, salona suyun axması, sıxlaşdırıcı və digər ehtiyat hissələrinin çatışmamazlığıdır. Yerində təmir edilə bilməyən elektrokarlar zavodun xüsusi dayanacağında saxlanılır.
Hazırda orada iki mindən çox avtomobil var.
Reuters tərəfindən cəlb edilmiş ekspertlər, Toyota kimi iri istehsalçıların buraxılış həcmində qüsurlu avtomobillərin sayının 10% təşkil etdiyini bildiriblər.
Lakin, keyfiyyət problemlərinin əksər hissəsi, avtomobillərin genişmiqyaslı istehsalına başlanılmazdan öncə həll edilir. Tesla nümayəndələri bu iddialara cavab olaraq, avtomobillərin kefiyyətinin yoxlanılması prosesinin nizamlandığını və “çox uğurlu” olduğunu bildiriblər.
Şirkət həmçinin qüsurlu avtomobillərin təmirinə ciddi vəsaitin xərcləndiyini də təkzib edib.