Tesla Motors şirkəti bir həftə ərzində, amerikan istehsalçısının ən əlçatan avtomobili olan Model 3 avtomobili üçün 325 min ədəd öncədən sifariş almışdır. Beləliklə, amerikan şirkətinin bu sifarişlərdən potensial gəliri 14 milyard dollar təşkil edir. Xatırladaq ki, Tesla Model 3 elektrik avtomobilinin prototipinin bağlı təqdimat mərasimi 1 aprel tarixində Kaliforniyada keçirilmiş xüsusi tədbirdə baş tutmuşdur. Elə o vaxtdan da Tesla Motors 1000 dollar beh almaqla avtomobilin sifarişlərini qəbul etməyə başlamışdır.

Sifarişlərin rəsmiləşdirilməsinə başlanan ilk gün, ən ucuz Tesla avtomobili üçün 180 min nəfər avtomobili almaq arzusunu bildirmişdir. Amerikan şirkəti bu hadisənin «tarix boyu istənilən yeni məhsulun birgünlük satışları üzrə dünya rekordu» olduğunu bildirmişdir. Teslan Model 3 avtomobilinin satış qiymətləri 35 min ABŞ dollarından başlayır və avtomobilin orta satış qiyməti 42 min ABŞ dolları təşkil edir. Avtomobilin istehsalına 2017-ci ilin sonlarında başlanmalıdır.

Teslla Model 3 avtomobilin texniki xarakteristikaları gizli tutulsa da, şirkət rəhbəri İlon Maskın bildirdiyinə görə, bütün avtomobillər avtonom idarəetmə sistemi ilə təchiz ediləcək və elektrokarın ən zəif variantı 60 mil/saat (96 km/saat) sürətini altı saniyədən az bir müddətə toplayacaqdır.

Model 3 elektrokarının dolu batareyalarla 350 kilometr məsafə qət etmək iqtidarında olduğu da bildirilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt