Tesla Model 3 elektrokarı keçən payızda yenilənib, lakin o zaman top və ən güclü ikimühərrikli Performance modifikasiyası göstərməmişdi. “Məhsuldar” versiyanın debütü indi baş tutub. Zahiri cəhətdən Performance versiyası digərlərindən aerodinamik kuzov dəsti ilə fərqlənir – elektrokar daha iri splitter və diffuzoru, eləcə də arxa tərəfdəki yeni spoyleri alıb.
Tesla şirkətindən bildirildiyinə görə, təkmilləşdirmələr nəticəsində qaldırma qüvvəsi 36%, aerodinamik müqavimət isə, 5% azalıb. Salonda daha güclü yana dəstəyi və genişləndirilmiş elektrik tənzimləmələri olan oturacaqlar quraşdırılıb. Onların qızdırılma və havalandırma funksiyaları da vəd edilir.
Təkmilləşdirilmiş xüsusiyyətlərə gəlincə, güc qurğusunun pik məhsuldarlığının 31% artması ilə yanaşı, pik fırlanma anı 16%, sabit güc isə, 22% artıb. Eyni zamanda, enerji istehlakı 2% azalıb. Model 3 Performance modelinin iki elektrik mühərriki ümumilikdə 517 at qüvvəsi və 741 Nm fırlanma anı hasil edir.
Elektrokar sıfırdan 60 mil/saata (97 km/saat) 2,9 saniyəyə sürətlənir ki, bu da onun sələfindən 0,2 saniyə yeyin olduğunu göstərir. Maksimal sürəti - 262 km/saatdır. Amerikan EPA dövrünə əsasən bəyan edilmiş yürüş ehtiyatı 476 kilometrdir.
Asqı da təkmilləşdirilib: daha yüngül və sərt yaylar quraşdırılıb, adaptiv amortizatorların üç iş rejimə malikdirlər - Standard, Sport və Track. Bundan əlavə, Model 3 Performance gücləndirilmiş əyləcləri və Pirelli P Zero 4 şinləri taxılmış 20-düymlük təkər disklərini alıb. Qiymətlər artıq açıqlanıb: ABŞ-da Tesla Model 3 Performance modeli diler mərkəzlərinə çatdırılma haqqı və vergi güzəştləri nəzərə alınmadan 53 min dollara başa gəlir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.