Bu yaxınlarda Tesla elektromobilinin sıahiblərindən biri, şirkətin servis mərkəzlərinin birində avtomobilin əyləc sisteminin təmir edilməsinə 6000 dollar ödəmişdir. Söhbət, Toronto şəhərində yaşayan Kanada vətəndaşından gedir. O, Tesla Model S elektrokarını bir neçə il bundan əvəl əldə etmişdir. Elektrokar 104 mindən artıq məsafəni qət etdiyi üçün onun zəmanət müddəti başa çatmışdır. Kanadalını srvis mərkəzinə müraciət etməyə vadar edən əyləclərlə problemlərin yaşanması olmuşdur. Ciddi problemlər olmasa da, avtomobilin sahibi əyləc mexanizmlərinin aşınmasını aşkar edərək servis xidmətinə müraciət etmişdir. Lakin, servis mərkəzinin mütəxəssisləri ona xoşagəlməz xəbər vermişdirlər - dörd ədəd əyləc mexanizmlərinin dəyişdirilməsinə 8500 dollar tələb olunur!

Doğrudur, servisin ustaları öz xidmətlərinin bir hissəsinin qiymətini azaltmağa razılıq versələr də, sonunda təmir üçün 6000 dollar ödəməyi təklif etmişdirlər. Bununla bərabər, onlar avtomoblin sahibini əyləc dəstəyinin dəyişdirilməsi üçün 261 dollar ödəməyə də razı salmışdırlar.

Təbii ki, avtomobilin sahibi təmirin baha qiymətə başa gəldiyindən heç də məmnun qalmamışdır. Onu dilxor edən faktlardan biri də, Tesla şirkətinin avtomobil sahiblərinə ildə bir dəfədən az olmayaraq əyləc sisteminin servis mərkəzlərində yoxlanılmasını tövsiyyə etməsi olmuşdur.