Deyəsən avtomobil sənayesində baş verən mütərəqqi proseslərdən daha çox yaranan insanlar tənbəl və yatağan adamlar olacaqdırlar. Bunun gözəl nümunəsini aşağıda nümayiş edilən videoçarxda aydın görmək olar. Bildiyimiz kimi, bir çox avtomobil istehsalçıları artıq avtonom idarəetmə sistemlərini uğurla sınaqdan keçirərək seriya avtomobillərinə qurşdırmağa hazırlaşirlar. Qeyd etmək lazımdır ki, artıq Tesla şirkəti öz müştərilərinə avtonom idarəetmə sistemindən istifadə etməyi təklif edir. Bunun üçün sadəcə 3000 dollar ödəyərək sistemi avtomobilin yaddaşına yükləmək kifayətdir.
Bu sistem Tesla Model S və Model X avtomobillərinə avtomagistrallarda sərbəst hərəkət etmək imkanı yaradır. Pilotsuz idarəetmə sistemi zolağı dəyişmək, ötmələri həyata keçirmək kimi hərəkətləri insanın müdaxiləsi olmadan həyata keçirir.
Lakin, amerikan şirkəti bu prosesin insanın nəzarəti altında həyata keçirilməsini tövsiyə edir və bu sistem heç də sürücünü cavabdehlikdən azad etmir.
Videoçarxda çəkilmiş sürücü çox güman ki, ABŞ avtomagistrallarının birində monoton şəkildə hərəkət edən axına düşdüyü üçün avtopilotu işə salıb. Sonra isə, həmin monoton hərəkət onu yuxulamağa məcbur edib. Ümid edirik ki, sonunda bu şəxs axındakı qonşuları tərəfindən yuxudan oyadılmışdır.
Qeyd etmək lazımdır ki, Tesla avtopilotu ilə bağlı maraqlı bir hadisə də qeydə alınmışdır. Park edilmiş elektromobillərdən birinin avtopilotu özü-özünə işə düşərək avtomobili hərəkətə gətirmiş və qəzaya səbəb olmuşdur. Bundan başqa, Tesla pilotsuz sisteminin yolayrıclarında da problemlər yaşaması barədə söz-söhbətlər gəzir.
Biz sözlə, siz siz olun, amma sükan arxasında yuxulamayın - avtomobilinizdə avtopilot olsa belə!