Amerikan-Çin iş birliyinin nümunəsi olan Lucid Motors ilk elektromobili olan Air modelinin satış qiymətini açıqlamışdır. Elektromobilin baza variant 52500 ABŞ dollar təşkil edir ki, bu da onun birbaşa rəqibi olan Tesla Model S modelinin baza variantından 11300 ABŞ dollar ucuzdur.
Lucid Air sedanın baza variantı 400 at qüvvəsinə malik olan elektromotora, arxa çəkiş sisteminə və 386 kilometr (Tesla Model S – 338 kilometr) yürüş məsafəsinə malikdir. Elektromobil standart olaraq atonom idarəetmə sistemi üçün gərək olan hər növ avadanlıqla, 12 istiqamətdə tənzimlənən ön oturacaqlarla, on ədəd təhlükəsizlik yastıqları, on dinamikli səs sistemi, işıqdiodlarından fənərlər və 19-düymlük təkərlər ilə təchiz ediləcəkdir.
Əlavə ödənişlə elektromobili yürüş məsafəsini 507 və 644 kilometrə qədər artıran batareyalar,ümumi gücü 1000 at qüvvəsi olan iki elektromotor, tam çəkiş sistemi, adaptive asma, panoram tavan, kürək hissəsi 55 dərəcə bucağına əyilə bilən arxa oturacaqlar ilə, həmçinin masaj funksiyası, qızdırılması və havalandırması,22 istiqamətdə tənzimlənməsi olan ön oturacaqlar ilə təchiz etmək təklif edilir. Bundan başqa, 21-düymlük təkər diskləri və 29 dinamiki olan səs sistemi, həmçinin salonun daha bahalı materiallarla tərtibatı da təklif olunur.
Elektromobilin satışları Launch Edition adlı xüsusi seriyadan olan modellərlə başlayacaqdır. 1000 at qüvvəsi gücü və eksteryerlə interyerin xüsusi tərtibatına malik olan Lucid Air modellərinin qiyməti 100 min dollar həddini aşacaqdır.