Çinin Weibo sosial şəbəkəsində Şanxaydakı parkinqdə birdən alışıb-yananTesla Model S modelinin görüntüləndiyi videoçarx yayılıb.
Videoçarxdan göründüyü kimi, əvvəlcə avtomobilin altından tüstü çıxmağa başlayıb, sonra isə partlayış baş verib və elektrokar alışıb-yanmağa başlayıb. Xoşbəxtlikdən hadisə zamanı zərər çəkən yalnız avtomobillər olub. Tesla şirkətinin rəhbərliyi hadisəni araşdırmaq üçün xüsusi komandanı hazırlayaraq, hadisə yerinə göndərmək qərarına gəlib. Şirkətin mütəxəssisləri yerli hakimiyyət orqanları ilə birlikdə qəfil alışmanın səbəblərini araşdıracaqdırlar.
Fevral ayında qəza zamanı alışıb-yanan Tesla Model S elektrokarında insan həlak olub. Hadisə Mayamidə baş verib. Yanğını uzun müddət söndürmək mümkün olmayıb, insanı avtomobildən çıxarmağa isə qapanmış qapılar imkan verməyib. Halbuki, qəza zamanı onlar avtoamtik olaraq açılmalı idilər.