Uzun illərdir ki, adi sükan çarxının yerinə şturval quraşdırılmış ı konsept avtomobillərini görürdük, lakin heç kim belə bir şturvalı seriya avtomobillərində quraşdırmağa cəsarət etmirdi. İlk dəfə belə şturvalı tətbiq edən əlbəttə ki, İlon Mask olub: yenilənmiş Tesla Model S və Model X elektromobillərdə əsl şturval quraşdırılıb! Doğrudur, şirkət sükan mexanizminin təkmilləşdirildiyi barədə məlumat verməyib, buna görə də, avtomobili şturvalla idarə etmənin nə qədər rahat olduğu bəzi sualları doğurur.
Beləliklə, Model S liftbeki debütündən səkkiz il sonra, ilk dəfə genişmiqyaslı modernləşdirməyə məruz qalıb. Hər il yeni versiyalar təqdim edilsə və ya lokal təkmilləşdirmələr baş versə də, yeganə xırda restaylinq 2016-cı ildə keçirilib. İndi isə Model S, eyni zamanda, dəyişmiş görkəmə, tamamilə yeni interyerə və təkmilləşdirilmiş avadanlıq siyahısına sahib olub.
Tesla Model S
Xarici dəyişikliklər o qədər də ciddi xarakter daşımasa da, diqqəti cəlb edilər: bunlar yeni bamperlər (ön bamperdən duman işıqları yoxa çıxıblar) və təkər diskləri, həmçinin xrom əvəzinə qara rəngə malik olan dekor (qapı tutacaqlarında, pəncərə haşiyələrində və beşinci qapıda) elementləridir. Ancaq daxili dəyişikliklər daha ciddi xarakter daşıyır və bu təkcə şturvala aid deyil. Sükan çarxında artıq sükanaltı dəstəkləri tapa bilməyəcəksiniz: onların funksiyaları sükan çarxlarındakı sensorlu düymələrə və barabanlara həvalə edilib.
Yeni ön panelin mərkəzindəki ənənəvi "şaquli" planşet yerini 17-düymlük "üfüqi" displeyə verib: ekranın parlaqlığı və kontrastı artırılıb, onun icazəsi isə 2200x1300 piksel olub. Kiçik Tesla modellərindən fərqli olaraq, sürücünün qarşısındakı fərdi cihazlar paneli saxlanılıb: bunun üçün 12,3-düymlük ekran quraşdırılıb. Havalandırma kanalları gizlədiliblər və gözəgörünməzdirlər. Mərkəzi konsolda iki meydança var - smartfonların simsiz doldurulması və USB-C girişləri üçün.
Tesla Model S Plaid
İkinci sıranın oturacaqlar da yenidir – onlar arxa sərnişinlər üçün əlavə məkan əldə etməyə imkan veriblər. Arxa sərnişinlərin ixtiyarına, ön oturacaqların arasında yerləşən və bəzi oyun konsollarına qoşula bilən səkkiz düymlük ekran verilib. Elektrokarın təchizatına üçzonalı iqlim nəzarəti və havalandırılan ön oturacaqlar daxildir.
Texniki hissədə də ciddi dəyişikliklər baş verib. Hər şeydən əvvəl, yeni elektrik mühərrikləri təklif edilir. Tesla uzun fasilədən sonra yenidən elektrik qurğularının gücünü açıq şəkildə yayımlamağa başlayıb, ancaq indi dartma batareyasının tutumu gizlədilir.
Tesla Model S
Long Range Plus modifikasiyasının yerini almış Model S Long Range baza modeli tam ötürmə və iki mühərriklə təchiz olunur. Güc qurğusunun hasilatı 564-dən 679 at qüvvəsinə qədər yüksəldilib, 60 mil/saat (97 km/saat) həddinə sürətlənmə müddəti isə 3,7 saniyədən 3,1 saniyəyə endirilib.
Maksimum sürət dəyişməyib - 249 km/saat. Görünən odur ki, dartma batareyası da (100 kilovat-saat). Ancaq yürüş məsafəsi bir qədər artıb: amerikan EPA dövrünə əsasən 647-663 kilometr. Belə Tesla Model S elektrokarı 80 min dollara başa gəlir.
Nəhayət, Performance modifikasiyası çoxdan gözlənilən üçmühərrikli Tesla Model S Plaid modeli ilə əvəzlənib. Arxa təkərlər fərdi mühərriklər tərəfindən idarə olunur və bu həll yolu dartma vektorunun idarə olunmasına imkan verir. Elektrik qurğusunun maksimal gücü 1034 at qüvvəsidir! Belə krossover 249 km/saata qədər sürətlənir, 402 metrlik dreq məsafəsini isə 9.23 saniyəyə qət edir.
Pasport üzrə Plaid modifikasiyası 60 mil/saat (97 km/saat) həddini toplamağa 1,99 saniyə sərf edir. Xatırladaq ki, Performance versiyasına sürətlənməyə 2,3 saniyə tələb olunurdu. Maksimal sürət həddi 322 km/saatdır. Doğrudur, bu həddi payızda quraşdırılmağa başlayacaq xüsusi təkərlərdə əldə etmək mümkün olacaqdır. Batareya da eynidir, ona görə də, yürüş məsafəsi 628 kilometrdir. Model S Plaid modelini əldə etmək üçün 120 min dolllar tələb olunur.
İnqilab ilin sonunda, Tesla şirkətinin yeni nəsil dartma batareyalarını təqdim etməsi ilə başa çatacaqdır. İlon Mask bu barədə hələ keçən il elan vermişdi: əvvəlki ilə müqayisə edilən ölçülərə malik olan yeni batareyanın tutumu artmalıdır. Müvafiq olaraq, elektrokarların yürüş məsafəsi də 16% artacaqdır. Üstəlik, batareuyanın maya dəyərinin azalacağı da vəd olunur.
Yeni batareya Tesla Model S Plaid + elektromobilində quraşdırılacaqdır. Bu modifikasiya Plaid variantı ilə eyni mühərriklərə malikdir, lakin onun yürüş məsafəsi 840 kilometri keçəcəkdir! 60 mil/saata (97 km/saat) sürətlənmə müddəti də 1,99 saniyədən az olacaqdır. Qalan detallar daha sonra açıqlanacaqdır. Plaid+ modelinin qiymət məlumdur - 140 min dollar. Belə modifikasiyaya sifarişlər artıq qəbul edilir.
Yuxarıda sadalanan təkmilləşdirmələr Tesla Model X krossoverinə də aiddir və hətta kiçik bir bonus da var - dəyişdirilmiş arxa fənərlər. 679 at qüvvəli ikimühərrikli Long Range versiyası 579 kilometr qət edir və 90 min dollara başa gəlir. Üçmühərrikli Model X Plaid elektrokarı 547 kilometrlik yürüş məsafəsinə malikdir. Belə krossover 80 mil/saat (97 km/saat) həddinə 2,5 saniyəyə sürətlənir və 262 km/saatlıq maksimal sürətə malikdir. Krossoverin qiyməti 120 min dollardır. Yeni batareyaya sahib olan Plaid + versiyası barədə heç bir məlumat verilməyib.
Yenilənmiş Model S liftbekinin istehsalına bir neçə həftədən sonra başlanacaqdır. Yenilənmiş Model X krossoverlərinə növbə daha sonra çatacaqdır.