Tesla şirkəti rəsmi olaraq yenilənmiş Model S sedanını təqdim etmişdir. Yenilənmiş avtomobil əvvəlki modeldən Model X və Model 3 modellərinin dizayn üslübunda yaradılmış ön kuzov paneli ilə seçilir. Bundan əlavə, Model S tamamilə işıq diodlarından hazırlanmış adaptiv ön fənərlər və salona daxil olan havanın qabaqcıl təmizləmə sistemi ilə təchiz edilir. Model S xüsusu HEPA filtrli əldə etmişdir ki, bu filtr də standart hava filtrlərinə nisbətən 10 dəfə böyükdür.
Tesla nümayədələrinin iddiasına görə, yeni filtr havalandırma sistemi vasitəsi ilə salona daxil ola biləcək bakteriaların, allergenlərin və müxtəlif zərərli maddələrin qarşısını 99,97 faiz almaq iqtidarındadır. Beləliklə, bu qəbildən olan filtrlər standart filtrlərə nisbətən bakterialardan 300 dəfə, allergenlərdən - 500 dəfə, smoqdan - 700 dəfə, və nəhayət viruslardan 800 dəfə artıq müdafiəni təmin edir.
Yenilənmiş Model S sedanının 100 kilovat-saatlıq batareyalar dəstini alacağı haqqında gəzən saiyələr təsdiqini tapmamışdır. Avtomobilin top variantı əvvəlki kimi P90D modeli olaraq qalır. 90 kilovat-saatlıq batareyalarla təchiz edilmiş sedan 60 mil/saat (96 km/saat) həddini 2,8 saniyəyə toplayır. Dolu batareyalarla avtomobil 500 kilometr məsafə qət etmək iqtidarındadır. Tesla Model S sedanı texniki cəhətdən dəyişilməmiş qalmışdır.
Yenilənmiş avtomobil yalnız təkmilləşdirilmiş qidalanma qurğusu ilə təchiz edilir ki, bu qurğu sayəsində də batareyaların doldurulması daha tez həyata keçirilir. Bundan başqa, Model S sedanının təchizatına havalandırmalı oturacaqlar və salonun ağac ilə işlənməsinin iki variantı əlavə edilmişdir.
Amerika Birləşmiş Ştatlarında avtomobilin satış qiymətləri 71,5 min dollardan başlayır ki, bu da əvvəlkidən 1,5 min dollar çoxdur.