Tesla Motors şirkəti Model X elektrik krossoverinin ən əlçatan variantı olan 60D modifikasiyasının satışlarına start vermişdir. Artıq krossoverin qiymətləri 74 min ABŞ dollarından başlayır ki, bu da ən büdcə vatiantı sayılan 75D modifikasiyasından doqquz min dollar ucuzdur.
Tesla Model X 60D modeli 259 at qüvvəli elektromotorlarla və 60 kilovat/saat tutumu olan litium-ion batareyalar dəsti ilə təchiz edilir. Krossover 0-dan 60 mil/saat (96 km/saat) həddinə altı saniyəyə sürətlənir.
Krossoverin maksimal sürəti 225 km/saata bərabərdir. Krossover dolu batareyalarla 354 kilometr məsahə qət etmək iqtidarındadır ki, bu da 75D modelində olduğundan 60 kilometr azdır. Krossoverin top-variantı olan Model X P90D modeli öndə 259 at qüvvəli, arxada isə 503 at qüvvəli aqreqatlarla və 90 kilovat/saatlıq batareyalar dəsti ilə təchiz edilir.
Opsional Ludicrous Mode rejimi ilə təchiz edilmiş avtomobil 0-dan 60 mil/saat həddinə 2,9 saniyəyə sürətlənir, onun maksimal sürəti isə 250 km/saat təşkil edir. Tesla Model X P90D modelinin qiymətləri 133.? Min dollardan başlayır.