Bu günlərdə Amerika Birləşmiş Ştatlarında Tesla Model X krossoverinin iştirakı ilə qəribə bir hadisə baş vermişdir. Avtomobilin sahibi krossoverin qəfildən özbaşına sürətlənməsi səbəbindən qəzaya uğradığını iddia edir. Tesla Updates saytının yazdığına görə, Model X avtomobilinin sahibi Puzanta Ozbaqa həyat yoldaşı ilə birlikdə park yerinə səkkiz kilometr-saat sürətilə yaxınlaşdığını bildirmişdir. Onun sözlərinə görə, elə həmin zaman avtomobil qəfildən sürətlənmiş və çiçək ləkini aşaraq qarşıdakı divara çırpılmışdır.

Qəza zamanı ətrafdakılardan xəsarət alan olmamışdır. Avtomobilin təhlükəsizlik yastıqları açılmış və sükan arxasında olan qadının əllərini yandırmişdir. Ozbaqa Tesla şirkətindən Model X krossoverinin satışlarının dayandırılmasını və baş vermiş hadisəni araşdırmağı tələb etmişdir. Tesla şirkətinin nümayəndəsinin «electrek» nəşrinə, qəzadan əvvəl avtonom idarəetmə sisteminin aktiv olmadığını və avtomobil üzərində nəzarətin sürücüdə olduğunu bildirmişdir.

Teslanın mətbuat üçün açıqlanmasında belə deyilir: «Biz məlumatları təhlil edərək, avtomobilin sürücü tərəfindən idarə edilməsi rejimində olduğunu, avtonom idarəetmə və kruiz-kontrolun qəzadan əvvəl və qəza zamanı aktiv olmadığını aşkar etmişik. Avtomobil 10 km/saat sürəti ilə hərəkət edirmiş, lakin sonradan akselerator sonuna qədər basılmışdır. Avtomobil sürücünün komandasına reaksiya verərək sürətlənmişdir».

Avtomobil istehsalçısının bəyanatına cavab olaraq, Ozbaqa onun həyat yoldaşının təcrübəli sürücü olduğunu və dəfələrlə qəza baş vermiş yerdə park etdiyini bildirmişdir. O, həmçinin zövcəsinin əyləc pedalı ilə akseleratoru səhv salmadığını bildirmişdir. Əvvəllər buna bənzər hadisə Model S avtomobilinin sahibilə də baş vermişdir. Avtonom idarəetmə sistemi ilə hərəkət edən elektromobil yolda duran yük maşınına çırpılmışdır.

Image alt Image alt Image alt Image alt