Bir müddət bundan öncə, Tesla Model X və yenilənmiş Model S elektromobillərinin təqdimatı zamanı, amerikan istehsalçısının nümayəndələri bu modellərdə tətbiq edilən HEPA filtrlərinin fövqalədə dərəcədə effektiv olduğunu bildirmişdirlər. Şirkət nümayəndələrinin iddiasına görə, HEPA filtrləri avtomobillərin sərnişinlərini bioloji silahdan belə qorumağa qadirdirlər. Buna baxmayaraq, bir çoxları bu məlumata bir qədər skeptik yanaşmışdılar. Öz iddialarını sübut etmək üçün, amerikan şirkətinin nümayəndələri bu yaxınlarda qeyri-adi sınaqları həyata keçiriblər.
Bu məsədlə onlar elektromobili polietilendən hazırlanmış xüsusi qovuğa yerləşdirib və bu qovuğun içərisinə zərərıi maddələrlə bol olan havanı buraxmışdırlar. Şirkət nümayəndələrinin bildirdiyinə görə, qovuğun içərisindəki havada zərəli tuillantıların səviyyəsi normalardan 83 dəfə çox olmuşdur. Avtomobilin ətrafındakı mühitdə 1000 mq/m3 nisbətində zərərli damla və sərt maddələrdən ibarət hava kütləsi mövcud olmuşdur.
Avtomobilin salonunda əyləşən şəxslər havalandırma sisteminin Bioweapon Defense Mode funksiyasını aktivləşdirərək sınaqlara start vermişdirlər. Alınan nəticələr həqiqətən də maraqlıdır. Ekspertlər salonda olan zərərli maddələrin toplantısının tədricən azalmasının şahidi olmuşdurlar. Qeyd etmək lazımdır ki, ilk zamanlar ekspertlər avtomobildə əleyhqazlarda otursalar da, sonradan onları çıxararaq normal şəkildə nəfəs almağa başlamışdırlar.
Bundan başqa, avtomobilin ətrafındakı havada da zərərli maddələrin səviyyəsinin azaldığı müşahidə (40 faizə qədər) edilmişdir. Əslində, filtr öz vəzifəsini yerinə yetirərək insanları müdafiə etməyi bacarmışdır. Bununla belə, amerikalılar əldə edilmiş nəticə ilə qane olmaq fikrində deyildirlər. Onlar bu fitrlərin kefiyyətini daha da yaxşılaşdırmaq arzusundadırlar.