Oktyabrın 1-də amerikan markasının Çin saytında təkmilləşdirilmiş Tesla Model Y krossoverinin yeni şəkilləri və xüsusiyyətləri peyda olub. Təkmilləşdirmələr cüzi xarakter daşıyırlar: krossoveri yeni 19 düymlük təkər disklərini, ön panelin RGB işıqlandırmasını və salondakı ağac dekor əvəzinə parça dekoru alıb. Baza versiyalarının yürüş məsafəsi artırılıb. Ən ucuz Tesla Model Y RWD modeli indi 100 km/saat həddinə bir saniyə daha yeyin sürətlənir.
Çox güman ki, təkmilləşdirilmiş Tesla Model Y modeli yaxşılaşdırılmış aparat və proqram təminatına sahib olub. Lakin bu ehtimal hələlik rəsmi olaraq təsdiqlənməyib. Tam restaylinq üçün təkmilləşdirmələr kifayət qədər azdır, lakin görünən odur ki, amerikan istehsalçısı Model Y krossoverini Highland paketinə malik olan Model 3 bestselleri ilə qismən unifikasiya edib.
Zahiri cəhətdən, yenilik yönləndirilmiş naxışı olan antrasit rəngli təkər diskləri sayəsində asanlıqla tanınır, halbuki əvvəllər baza versiyasına gümüşü Gemini təkər diskləri quraşdırılırdı. Arxa ötürməli versiyanın yürüş ehtiyatı doqquz kilometr (CLTC dövrü üzrə 554 kilometrə qədər) artırılıb, ilkin tam ötürməli versiya 28 kilometr (hazırda CLTC dövrünə əsasən 688 kilometr) artıb. Nəhayət, Tesla Model Y RWD elektrokarının 0-100 km/saata sürətlənmə müddəti 6,9 saniyədən 5,9 saniyəyə qədər azalıb. Digər xüsusiyyətlər və qiymətlər əvvəlki kimidir.
Bu o deməkdir ki, Çində yenilənmiş Tesla Model Y-nin qiyməti 264-350 min yuan arasındadır. Yəqin ki, yaxın vaxtlarda Kaliforniya, Texas və Almaniyadakı digər fabriklərin buraxdığı elektromobillər də oxşar təkmilləşdirməyə məruz qalacaqlar. Bununla belə, tam restaylinq 2024-cü ilə qədər təxirə salınacaq: Juniper layihəsi hələlik inkişaf mərhələsindədir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.