Tesla Model Y krossoveri hazırda yalnız beş nəfərlik versiyada təklif edilir. Bununla belə, yaxın zamanlarda Model Y krossoveri yeddi yerlik salonla da təklif edilə bilər.
Hər zaman olduğu kimi, Tesla şirkətinin rəhbəri İlon Mask özünün Twitter sosial şəbəkəsindəki səhifəsində yeddi yerlik Tesla Model Y krossoverinin nə zaman bazara çıxarılacağı barədə suala cavab verib - belə elektromobili bu ilin oktyabr ayında gözləmək olar.
Bununla belə, Tesla şirkəti bu günə qədər Model Y krossoverinin yeddi nəfərlik salonunun şəkillərini dərc etməyib və buna görə də, üçüncü cərgədəki oturacaqların düzülüşü hələlik sirrdir. Qeyd etmək lazımdır ki, elektromobilin kuzovunda o qədər də geniş məkan mövcud deyil. Böyük ehtimalla, Model Y krossoverində Model S liftbekində olduğu kimi, hərəkətin əksi istiqamətində yerləşdirilmiş oturacaqlardan istifadə ediləcəkdir.