İlon Maskın zaman-zaman öz markaları altında ən qeyri-adi məhsulları istehsal etdiyi məlumdur. Məsələn, Boring Company bir dəfə odpüskürdən hazırlamışdı. İndi isə, Tesla özünün "qısa şortlarını" satmağa başlayıb.
Qadın geyiminin qırmızı predmeti əslində birjada qısa mövqelərdə oynayan möhtəriklərə cavabdır. Həmin mövqelərə - Shorts, yəni şortlar deyilir. Bu möhtəkirlərin əsas məqsədləri Tesla şirkətinin səhmlərinin qiymətinin düşməsindən qazanmaqdır.
Mask dəfələrlə belə birja oyunlarının möhtəkirlər üçün çox riskli olduğunu söyləyib, çünki indiyə qədər şirkətinin səhmləri getdikcə bahalaşırlar. Keçən həftə Tesla şirkəti dünyanın ən bahalı avtomobil brendi çevrilib və şortların buraxılması bu səbəbdən pul itirən möhtəkirlərə cavab olub.
Maraqlıdır ki, Musk 36 milyonluq auditoriyası olan Twitter sosial şəbəkəsində şortlar haqqında status yerləşdirdikdən sonra, Tesla saytı artmış ziyarətçi axını səbəbindən bir müddət fəaliyyətini dayandırmalı olub. Hazırda saytın fəaliyyəti bərpa olub.
ABŞ-da Tesla şortu 69,42 dollara satılır. Arxasında qızıl hərflərlə yazılmış S3XY kəlməsi olan şortlar qırmızı rəngdədir. Xatırladaq ki, Mask ilkin olaraq Tesla modellərinə SEXY sözünü yarada bilən adların verilməsini .
Lakin, Ford ona Model E adından istifadə etməyə icazə vermədi və buna görə də, Mask yığcam elektrokarı Model 3 adlandırmaq məcburiyyətində qaldı. Nəticədə, şortda yazılan S3XY kəlməsi alındı.