Tesla şirkəti Roadster modelinin yeni nəslini təqdim edib. İstehsalçı avtomobili dünyanın ən sürətli seriya avtomobili kimi səciyyələndirib.
Tesla Roadster üç elektrik mühərriki ilə təchiz edilibdir ki, onlardan ikisi arxa təkərlərin, biri isə ön təkərlərin fırlanmasına cavabdehdirlər. Mühərriklərin ümumi gücü səsləndirilməsə də, onların 10000 Nm fırlanma anı hasil etdiyi məlumdur. Güc aqreqatları 250 kilovat-saatlıq batareyalardan qidalanırlar. Tesla Roadster yerindən 100 km/saat həddinə qədər 1,9 saniyəyə, 160 km/saat həddinə isə 4,2 saniyəyə sürətlənir.
Dörddə bir mili rodster 8,8 saniyəyə qət edir. Roadster modelinin maksimal sürəti 400 km/saat təşkil edir.
Tesla şirkətindən bildirildiyinə görə, elektrokar avtomagistral rejimində 992 kilometr qət etmək imkanına malikdir. Carscoops saytı elektrokarın satışlarının 2020-ci ildə başlanacağını bildirib. Moidelin qiyməti 200 min dollardan başlayır. Tesla Roadster modelini sifariş etmək üçün 50 min dollar beh vermək gərəkdir. Bundan başqa, istehsalçı modelin Founders Series adlı xüsusi seriyasını buraxmağı planlaşdırır. 250 min dollardan satılacaq xüsusi seriyadan olan avtomobillərdən 1000 ədəd buraxılacaqdır.
Bu avtomobillər üçün 100 faizlik ödəniş tələb olunur.