Tesla şirkəti 2017-ci ilin dördüncü rübünü rekord ziyanla başa vurub – 771 milyon dollar. Bununla belə, şirkətin rüblük hasilatı 3,29 milyard dollar olub ki, bu da keçən ilin analoji dövründən 44 % çoxdur. 2017-ci il üzrə şirkətin xalis zərəri 2,24 milyard dollar təşkil edib. 2016-cı ildə bu rəqəm 773 milyon dollar olub.
Dördüncü rübdə Tesla müştərilərə 29967 ədəd avtomobil çatdırıb. Bunlardan 28425 ədədi Model S və Model X modelləri, 1542 ədədi isə Model 3 modeli olub. Qeyd etmək gərəkdir ki, cəmi 2425 ədəd Model 3 istehsal edilib. 2017-ci ildə Tesla müştərilərə ümumilikdə palnlaşdırılan 10 min əvəzinə 102 min ədəd avtomobil göndərib.
İstehsalçı Model S və Model X modellərinin istehsalını məhdudlaşdırıb və bunun səbəbini istehsal ehtiyatlarının Model 3 sedanının xeyrinə yönəldilməsi ilə izah edib. Bu ilin birinci rübündə Tesla avtomobil istehsalını həftədə 2500 ədəd çatdırmağı planlaşdırır. İlin ortasında bu rəqəm ikiqat artmalıdır.
İstehsalçının hesabatında dördüncü rübdə 12 diler mərkəzinin açıldığı və ilin sonunda onların ümumi sayının 330 çatdığı bildirilir. Enerjiyükləmə stansiyalarının sayının 338 ədəddən 1128-ə artırıldığı da qeyd olunub.
Bir müddət bundan əvvəl Tesla şirkətinindirektorlar şurası şirkət rəhbərliyinin yeni həvəsləndimə sistemini təsdiq edib. Bu sistemə görə, İlon Mask müəyyən edilmiş maliyyə göstəricilərinin əldə edilməsindən sonra əmək haqqı ala bilər.