Tesla şirkəti Semi elektrik yük avtomobilinin illik istehsalını 100 minə çatdırmağı planlaşdırır. Bu barədə xəbəri amerikan istehsalçısının rəhbəri İlon Maska istinadən "Electrek" saytı yayıb.
Yüksək vəzifəli menecer 100 minlik buraxılış həcminin Semi modelinin istehsalının başlanmasından dörd il sonra mümkün olacağını bildirib. Eyni zamanda, o belə həcmi “ağlabatan” adlandırıb.
Tesla Semi elektrik yük avtomobilinin debütü 2017-ci ilin noyabrında baş tutub. Yük avtomobili arxa oxda quraşdırılan dörd elektrik mühərriki ilə hərəkətə gəlir. Onun yürüş ehtiyatı 805 kilometrdir.