Artıq məlumdur ki, keçən həftə Tesla Motos şirkəti iki yeni avtomobili təqdim edib. Bunlardan biri elektrik yük avtomobili olan Semi, digəri isə dünyanın ən yeyin rodsteri olan Roadster modelidir.

Lakin, təqdimat zamanı Tesla şirkətinin rəhbəri İlon Mask daha bir modelin anonsunu verib. Bu nəhəng pikapdır ki, onun da uük bölümünə iri bir ofroderi yerləşdirmək mümkündür. Üstəlik, Mask özünün Twitter sosial şəbəkəsində belə bir avtomobilin istehsal edilməsi ehtimalının yüksək olduğunu bildirib.

Bu tvit Twitter sosial şəbəkəsinin istifadəçilərinin birinin Maska ünvanladığı suala cavab olaraq dərc edilibdir. Həmin istifadəçi şirkətin yük avtomobilindən sonra yüngül pikapı buraxa biləcək imkanın olmasını soruşub. Mask da Seminin mini-variantını hazırlanmasının mümkün olduğunu bildirib. 

Image alt Image alt Image alt