Tesla şirkəti üçüncü rübün isteshal və bazar nəticələrini hələ cari ayın əvvəlində dərc etmişdi, indi isə, maliyyə hesabatı hazırdır. Bu hesabat da müsbətdir. Üçüncü rübdə şirkətin gəliri 13,757 milyard dollar təşkil edib. Bu, Wall Street analitiklərinin gözlədiyi nəticədən (14 milyard dollar) bir qədər azdır, lakin keçən ilin müvafiq dövrü ilə müqayisədə 57 faizlik artım var.
Tesla şirkətinin əməliyyat mənfəəti, keçən ilin müvafiq dövründəki 9,2 faizə qarşı 14,6 faiz təşkil edib. Bir səhm üzrə dividenlərin ölçüsü 0,76 dollardan 1,86 dollara qədər artıb. Bununla birlikdə, üçüncü rübdə Tesla şirkətinin sərəncamında olan pul vəsaitləri 16,1 milyard dollar azalıb – bu, əsasən 1,5 milyard dollar məbləğində borcun ödənilməsi sayəsində baş verib. Şirkətin üçüncü rübün sonuna olan ümumi borcu 2,1 milyard dollar təşkil edir. Xatırladaq ki, bu il şirkəti eyni zamanda iki zavodu – ABŞ (Texas ştatında) və Almaniyada, - işə salmağa hazırlaşır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.