Tesla şirkəti CyberSpoon qaşıqını buraxmaq üçün McDonalds ilə birləşib. “AutoHome” portalının məlumatına görə, məhdud sayda buraxılacaq qaşığı Çində MvDonalds restoranları şəbəkəsinin rəsmi tətbiqi vasitəsilə almaq olar. Bir "kiberqaşıq" 30 yuana (7 manat) satılır. Bundan əlavə, McDonalds McFlurry dondurmasını Cybertruck pikapının üslubunda hazırlanmış metal fincanlarda satmağa başlayıb.
Paslanmayan poladdan hazırlanmış CyberSpoon qaşığının üzərində “Don't Panic” (tərcümədə - "Təlaşlanmayın") yazısı həkk olunub. Çox güman ki, bu şüar Tesla Cybertruck pikapının kütləvi istehsalının başlanmasını gözləyən insanlara ünvanlanıb. "Kiberqaşıq" ilə birlikdə alıcılar akkumulyator batareyalarının elementlərini xatırladan xüsusi qutunu da alacaqlar.
Tərəfdaşlar birgə layihə çərçivəsində 50 min metal qaşıq istehsal edəcəklər. Qəribə səslənsə də, Tesla şirkətinin rəhbəri İlon Mask birgə layihəsindən xəbəri olmadığını söyləyib. Amerika korporasiyasının rəhbəri əvvəlcə xəbərin feyk olduğunu bildirib. Bununla belə, sosial şəbəkələrində Tesla və McDonalds şirkətlərinin birgə məhsulu ilə bağlı xəbərlər peyda olduqdan sonra, iş adamı yeni cihazı mütləq əldə edəcəyini bildirib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.