Tesla şirkəti yeni nəsil roadster modelinin yeyin sürətlənməsi əks etdirilən videoçarxı yayıb. İstehsalçının sözlərinə görə, rodsterin baza versiyası 100 km/saat həddinə iki saniyəyə sürətlənə bilər. Elektrokarın maksimal sürəti 400 km/saatdan çox olacaqdır.
Yeni Tesla Roadster ən yeyin seriya avtomobili olmalıdır. Üstəlik, rodster dörddə bir mil məsafəsini (402 metr) 8,8 saniyəyə qət edir. Hazırki rekordsmen Dodge Challenger SRT Demon 60 mil/saat həddini 2,3 saniyəyə toplayır, dreq məsafəsini ilə 9,35 saniyəyə qət edir.
Növbəti nəsil Tesla Roadster modelinin prototipini bu 2017-ci ilin noyabr ayında təqdim ediblər. Eelktrokar üç elektrik mühərrikinə malikdir: onlardan ikisi arxa oxu, biri isə ön oxu hərəkətə gətirir. Güc qurğusunun ümumi hasilatı elan edilməyib. Elektrokar 250 kilovat-saatlıq batareya ilə təchiz olunur.