Son illərdə avtomobillərin sayının artması və şəhərimizdə baş verən çoxsaylı tikintilər, rekonstruksiya işləri ilə bağlı ekilogiyanın pisləşməsini müşahidə edirik. Açıq havada olan toz və xırda hissəciklər insanın ciyərlərinə daxil olaraq, sağlamlığa zərər yetirir. Bu hal ilə evdə müəyyən təmizləmə qurğuları ilə mübarizə aparırıq. Bəs avtomobildə necə?
Evdə olduğumuz qədər, avtomobildə də çox vaxt keçiririk. Qapını və şüşələri açarkən salona çirkli hava daxil olur. Avtomobilin havalandırma sistemi əsasən bayırdakı havanı təmizləyir, soyudub yaxud qızdırıb salona verir. Şüşəni açdıqda çirkli hava salona daxil olur, şüşəni bağlayanda isə, artıq salonda mövcud olan çirkli hava bizim orqanizmimizə zərər yetirir. Üstəlik, buna salondakı ayaqaltılarda olan tozları da əlavə edin. Bəs bununla necə mübarizə aparmaq lazımdır?
Xiaomi şirkəti əsasən smartfonları ilə tanınır, amma markanın çoxsayda təklif etdiyi ağıllı qurğular və aksesuarlar var. Onlardan biri də hava təmizləyici MiJia Car Air Purifier-dir.
MiJia Car Air Purifier qutusu böyük görünsə də, qurğu kompaktdır
Qurğunun ölçüləri 380 х112 х112 мм təşkil edir və avtomobildə oturacaq başlıqlarına kəmərlər vasitəsi ilə bərkidilir. Komplektdə olan təlimatda qurğunu ön oturacağın başlığına bərkitmək üçün sxemlər olsa da, onu manecilik etməməsi üçün arxa oturacağın orta və ya yan başlığa birləşdirmək daha uyğun olar. Bu özəllik sedan tipli avtomobillər üçün daha uyğun olar. Hetçbek, universal (həmçinin SUV) tip kuzovlu avtomobillər üçün arxa oturacağın baraj qisminin böyüdülməsi üçün oturacaqları qatlayanda maneçilk törədə bilər. Əgər qabaritli əşyaları avtomobilinizdə nadir hallarda daşıyırsanızsa, onda qurğunu arxada yerləşdirmək daha əlverişli ola bilər.
MiJia Car Air Purifier-in qutuda olan tam komplekti
Təmizləyicinin qutusu ilk baxışda böyük olsa da, daxilindəki qurğu çıxararıldıqda, onun yığcam ölçülərinə şahid olursan. Komplektdə təmizləyici, onu oturacağa bərkitmək üçün dayaq, avtomobilə qoşmaq üçün qida adapteri, oturacaq başlığının ön tərəfindəki kəmərləri gizlətmək üçün dəri örtük, təlimat kitabçası və vərəqə. Vərəqədə sxemlərlə onun quraşdrılaması göstərilir və mobil tətbiqi yükləmək üçün QR-kod yerləşdrilib.
Ətraflı baxış keçirdikdə bütün akksessuar və avadanlığın keyfiyyətli materallardan hazılandığına əmin oldum. Filtr qurğunun daxilindədir və onun əsas hissəsini tutur. Sağda və solda ventilyatorlar yerləşir. Yan və üst tərəfdən alınan hava təmizləndikdən sonra ventilyator vasitəsi ilə üstdəki hissədəki qəlsəmələrdən çıxır. Təmizləyici 60 m3/s sürətlə çalışır və minik avtomobilinin salonunu üç, krossoverin - beş, minivenin isə 7 dəqiqəyə təmizləmək gücündədir.
İlk növbədə təmizləyicini avtomobilə quraşdırırıq. Dayağı bağlayandan sonra, onun üzərinə qurğunu yerləşdirib kəmərlərlə bərkidirik. Qida adapterini isə dirsəkaltının içindəki rozetkaya qoşuruq. Adapterin kabelinin uzunluğu onu salonun kənarı ilə keçirdərək ön rozetkaya birləşdirmək imkanı verir. Onu qoşan kimi qurğu işə başlayır. Üzərində olan bir düymə ilə idarə oluna bilir. Uzunmüddətli basmaq ilə onu işə salmaq yaxud söndürmək olar. Qısamüddətli basma ilə qurğunun işləmə sürətini dəyişmək mumkündür. 3 səviyyə sürətlə çalışa bilir. 1-ci səviyyədə səssiz işləsə də, 3-də aşağı səviyyədə səs çıxarır.
Bütün Xiaomi qurğularını Mi Home tətbiqindən idarə etmək olur. Bunun üçün, daha öncə söylədiyim kimi, QR-kodu skan edərək tətbiqi yükləmək lazımdır. Tətbiq həm Android, həm də iOS əməliyyat sistemləri üçün mövcuddur. Qeydiyyatdan keçdikdən sonra qurğunu əlavə edirik. Təmizləyici və telefon Bluetooth vasitəsi ilə bir-birinə qoşulur. Ondan sonra isə artıq smartfonun ekranında bütün məlumatları vizual görmək və oradan təmizləyicini idarə etmək olar. Tətbiqdə havanın çirklənmə səviyyəsinə nəzarət etmək olar. Bu təmizləyicidə yerləşən sensorlar vasitəsi ilə ölçülür. Bütün prosesi qrafik şəkildə görmək mümkündür. Tənzimləmələr vasitəsi ilə filtrin dəyişilmə müddətinə də nəzarət etmək mümkündür. Tətbiqdə 120 gün göstərilsə də, bu onun faktiki işləmə zamanını göstərir, yəni 2.880 saat. Amma bu faktor havanın çirkliliyindən də asılıdır. Filtr metal olduğu üçün onu zaman zaman tozsoranla təmizləmək olar.
Beləliklə, MiJia Car Air Purifier avtomobilinizin salonunda havanın təmizlənməsi üçün lazımlı qurğu ola bilər. Onu Xiaomi-nin rəsmi təmsilçisi MiHome mağazasından 165 manada əldə edə bilərsiniz.
Mobil tətbiq vasitəsi ilə Android və iOS mobil əməliyyat sistemlərindən idarə etmək olur