Genesis şirkətinin The Art of the Stunt («Tryuk incəsənəti») seriyasından olan xüsusi reklam videoçarxlarını hazırladığı barədə məlumat vermişik. Bu gün koreya istehsalçısı The Getaway («Qaçış») adlı yeni videoçarxı dərc edib. Yeni videoçarxda əvvəlki üç epizoddakı hadisələr ardıcıl olaraq canlandırılır.
Xatırladaq ki, dərc edilmiş birinci epizodda Fast&Furious («Forsaj») saqasındakı tryukları Top Gear şousunun keçmiş aparıcısı Tanner Faust təkrar edilmişdi. İkinci epizodda isə, Baby Driver («Balaca sürücü») filmindəki səhnə yenidən canlandırılmışdı. Genesis şirkətinin yaydığı üçüncü epizodda kaskadyorlar Drive («Sürmək») filmindəki tryukları yerinə yetirmişdilər.
Reklam kampaniyasının əsas məqsədi Genesis G70 sedanının yüksək idarəetmə xüsusiyyətlərini önə çıxarmaqdır.
Genesis G70 modeli 370 at qüvvəsi və 510 Nm fırlanma anı hasil edən 3,3-litrlik altısilindrli biturbomühərrik, həmçinin 252 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli turbomühərrik ilə təklif edilir. Bütün güc aqreqatları səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Sedanın top variantı olan Genesis G70 Sport 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir və 270 km/saat maksimal sürət həddinə malikdir.