The Grand Tour üçlüsü “Amerikalını” əvəz edəcək test-pilot sınaqlarına davam ediblər. Bu dəfə Ceyms Mey öz namizədini irəli sürüb.
Lakin, işlər yenə də tərs gedib. Bu dəfə test-pilot roluna namizəd olan şəxs nadir BMW M4 CS kupesini sınaqdan çıxarmalı olub. Avtomobil birinci döngəni keçdikdən sonra gözdən itib. Ceremi Klarkson, Riçard Hammond və Ceyms Mey nə qədər gözləsələr də, avtomobil geri qayıtmayıb. Bir qədər gözlədikdən sonra onlar avtomobilin oğurlandığını anlayıblar.
Bundan öncə, Ceremi Klarkson, Ceyms Mey və Riçard Hammond sonuncunun təklif etdiyi kaskadyoru sınamaq qərarına gəlmişdilər. Nəticədə kaskadyor Renault Clio RS avtomobili ilə yük avtomobilin üzərindən atlayaraq ofis binasına girmişdi. Növbəti dəfə isə, dəvət edilən kaskadyor Renault Megane RS avtomobilini aşıraraq məhv edib.
Xatırladaq ki, bir müddət bundan öncə, Ceremi Klarkson, Riçard Hammond və Ceyms Mey keçmiş Formula 1 pilotu Mark Uebberi sınaqlara dəvət etmişdilər. Lakin, sınaqlar zamanı Uebberin Porsche avtomobilindən başqa digər avtomobilləri sürətlə idarə edə bilmədiyi aşkar edilib.
“Qrand Tur” verlişinin ikinci mövsümü 8 dekabrdan başlayaraq yayıma çıxacaqdır. Şounun yaradıcıları, dəvət edilmiş məşhurların “öldüyü” Celebrity Brain Crash rubriksaından və avtomobilləri trekdə sınaqdan çıxaran “Amerikalı” personajından imtina etmək qərarına gəliblər.