Bir çoxları Ducati Diavel motosiklini iki təkərli Lamborghini də adlandırılar. Lakin, bir Ducati baykı mövcuddur ki, o Lamborghini superkarlarından da aqressiv görkəmə malikdir.
Bu motosikl belçikalı Fred Krüqqerin sifarişi ilə hazırlanmış və Thverval adlanan baykdır. Bayk artıq XDiavel dizayn mükafatına da layiq görülüb. İri güc aqreqatı öz formaları ilə ətrafdakıların diqqətini cəld etdiyi halda, motosiklin boruvari raması bunun əksinə olaraq gizlədilib. Bu, motosiklin hamar və rəvan xəttlərini ön plana çıxarmaq məqsədi ilə edilib. Eyni zamanda yanacaq çəni, bir nəfərlik oturacaq və səsboğucu sistemin borusu bütöv panel tərəfindən vizual cəhətdən bilrləşdirilib. Bu panel qara parlaq rəngə boyanıb və xrom tərtibata malikdir.
Adını Paris yaxınlığındakı Thiverval trekindən alınmış bayk, keçən həftə Belçika Qran Prisinin keçirildiyi Spa-Frankoşam trekində təşkil edilmiş Biker's Classic tədbiri çərçivəsində geniş kütlə qarşısında nümayiş etdirilib.