Türkiyənin ilk seriya elektomobili olacaq TOGG (Türkiyenin Otomobil Girişim Grubu) krossoverinin patent təsvirləri peyda olub. Patent təsvirləri Avropa İttifaqının patentləşdirmə bürosunun bazaında aşkar edilib. İstehsalçının planlarına görə, elektrik krossoveri 2022-ci ildə konveyerə çıxacaq, Türkiyə ilə yanaşı bir sıra ölkələrdə satılacaqdır.
Elektrik krossoverinin ilk prototiplərini 2019-cu ildə nümayiş etdiriblər. Nümayişdən iki il keçdikdən sonra TOGG seriyaya getməyə bir qədər də yaxınlaşıb. Bu ilin əvvəlində İstanbulun yaxınlığında inşa edilmiş müəssisədə əmtəə krossoverinin ilk kuzovu qaynaqlanıb. Türk istehsalçısı bunun üçüb yalnız yerli detallardan istifadə olunduğunu bildirib ki, bu da lokallaşdırmanın yüksək səviyyəsindən xəbər verir.
TOGG (Türkiyenin Otomobil Girişim Grubu) şirkəti 2030-cu ilə qədər beş model təklif etməyi planlaşdırır. C seqmentindən olan krossoverin ardınca, istehsalçı B seqmentindən olan yığcam krossoveri, həmçinin C seqmentindən olan sedan, hetçbek və miniveni hazırlamaq niyyətindədir.
TOGG markasının ilk krossoveri iki versiyada təklif ediləcəkdir. Bunlardan birincisi arxa oxda yerləşdirilmiş 200 at qüvvəsinə malik olan elektrik mühərriki, ikincisi isə, ümumi hasilatı 400 at qüvvəsi olan hər iki elektomotor ilə təchiz edilən tam ötürməli modifikasiya olacaqdır. 200 at qüvvəli arxaçəkişli modifikasiya 100 km/saat sürətini 7.6 saniyəyə, 400 at qüvvəli tamötürməli versiya isə 4.8 saniyəyə toplayacaqdır. Qeyd etmək lazımdır ki, krossoverin güc qurğusu və batareyaları türk mühəndislərinin iştirakı ilə yaradılıb və şirkət tərəfindən patentləşdirilib.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.