Honda şirkəti bu günlərdə işinə başlamış Tokyo avtosalonunda Ie-Mobi Concept adlı kunseptual nəqliyyat vasitəsini təqdim edib. Şirkət nümayəndələrinin sözlərinə görə, avtomobili yaşayış otağı kimi istifadə etmək olar. Onun sahəsi 4,95 kvadrat metrdir.
Konseptin adı da “ev” sözünün yapon analoqundan götürülmüşdür.
Yaponlar bu konsepti bağ evinə birləşdirərək əlavə otaq kimi istifadə etməyi təklif edirlər. Ie-Mobi, batareyalarını evin elektrik şəbəkəsindən doldurmaq imkanı olan elektrik güc qurğusu ilə hərəkətə gəlir. Eyni zamanda, prototipi evin elektrik şəbəkəsinə qoşaraq qəza enerji mənbəyi kimi istifadə etmək də olar. Avtomobilin salonunda ənənəvi oturacaqların əvəzinə taxta döşəmənin üzərində quraşdırılan üç mebel kreslosunu görmək olar. Bu yapon istehsalçısının Tokyoda nümayiş etdirdiyi yeganə qeyri-adi konsept deyildir.
İstehsalçı Tokyo avtosalonuna mobil əlil arabasının ölçüsündə olan iki yerli Fure-Mobi nəqliyyat vasitəsini, özügedən RoboCas daşıyıcısını, özügedən Chair-Mobi kreslosunu və Ai-Miimo ev robotunu da gətirib.