Mazda şirkəti Tokyo avtosalonunda Vision Coupe konsepti ilə yanaşı Mazda Kai prototipini də təqdim edib. Böyük ehtimalla, bu prototip növbəti nəsil Mazda3 ailəsinin carçısıdır.
Mazda Kai modelinin qabarit uzunluğu 4420 millimetr, eni - 1855 millimetr, hündürlüyü isə 1375 millimetrdir. Bu o deməkdir ki, prototip cari Mazda3 hetçbekindən 55 millimetr qısa, 60 millimetr enli və 75 millimetr alçaqdır. Təkər bazasına gəldikdə isə, prototipin oxları arasındakı məsafə 50 millimetr daha genişdir.
İstehsalçı prototipin texniki xüsusiyyətləri barədə məlumat verməyib. Şirkətdən onun SkyActive platformasında inşa edildiyi və yeni SkyActive-X ailəsindən olan benzin mühərriki ilə təchiz olunduğunu bildirilib. Bu mühərriklər 2019-cu ildən başlayaraq bütün Mazda modellərinə quraşdırılacaqdır.
SkyActive-X mühərriklərində yanacağın alışması, dizel mühərriklərində olduğu kimi, yanacaq qarışığının sıxılması yolu ilə baş verir. Eyni zamanda, bu texnologiya mühərriklərin fırlanma anını 10-20 faiz artırmağa xidmət edir.
Eyni zamanda, mühərrikin qənaətcilliyi də 20-30 yüksəlmiş olur. Gözlənilənlərə görə, SkyActive-X mühərriki Mazda3 modelinin yeni nəslində debüt edəcəkdir. Yeni Mazda3 modelinin 2019-cu ildə işıq üzü görəcəyi ehtimal edilir.