Subaru şirkəti Tokyo avtosalonunda VIZIV Performance Concept konseptual idman sedanını təqdim edib. Bu prototip yeni nəsi lWRX modelinin dizayn üslubunun inkişaf istiqamətini göstərir.
Konseptin uzunluğu - 4630 millimetr, eni - 1950 millimetr, hündürülüyü isə, 1430 millimetrdir. Konseptin təkər bazasının uzunluğu 2730 millimetrdir. Subaru VIZIV Performance Concept oppozit mühərriki və Symmetrical AWD tam çəkiş sistemi ilə təchiz edilib. Bununla belə, isteshalçı mühərrik və transmissiya haqqında heç bir məlumat verməyib.
Konseptinin eksteryerinin tərtibatında karbondan geniş istifadə edilib: ön və arxa bamperlər, dam və təkər tağlarının genişləndiriciləri məhz bu materialdan hazırlanıb.
Sonuncular gələcək WRX modelinin krossover olacağına da işarə edir. Subaru VIZIV Performance Concept yan güzgüləri əvəz edən kameralar, təhlükəsizlik sistemlərinin genişləndirilmiş çeşidi və 2020-ci ildə seriya modellərində quraşdırılacaq avtopilot sisteminin elementləri ilə təchiz edilib.
Bunlara, yenilənmiş EyeSight kompleksi, radar və yüksəkdəqiqlikli GPS qəbulediciləri aiddir. Konseprin salonunda multimedia sisteminin şaquli istiqamətdə yerləşdirilmiş iri displeyini görmək olar.