BMW avtomobillərinin tüninqi ilə məşhurlaşmiş Alpina şirkəti Tokyoda keçirilən avtosalonda Alpina B3 Limosine modelini nümayiş etdirib. Xatırladaq ki, universal kuzovlu Alpina B3 modeli Frankfurtda keçirilmiş avtosalonda debüt etmişdi.

Alpina B3 Limosine modelinin əsasını BMW M340i sedanı təşkil edir.  Lakin, Alpina mütəxəssisləri altısıilindrli B58 mühərrikinin əvəzinə köhnə N54 mühərrikini quraşdırmağa üstünlük veriblər. İki ayrı turbokompressorla təchiz edilmiş mühərrik daha qısagedişlidir və dövrələri yeyin yığır. Buna baxmayaraq, yeni avtomobil üçün mühərriki təkmilləşdiriblər.

Porşenin gedişi 89,6-dan 90 mm qədər artırılıb və bu səbəbdən də iş həcmi 2979-dan 2993 kub.sm qədər yüksəlib. Sıxma əmsalı da 10,2:1-dən 9,3:1-ə qədər azaldılıbdır. Mühərrik daha məhsuldar kompressorlara sahib olub. Nəticədə, güc aqreqatının hasilatı 462 at qüvvəsi və 700 Nm təşkil edir. Bu, əvvəlki M3 CS (460 a.q. və 600 Nm) modelində olduğundan çoxdur. 

Alpina B3 Limosine təkmilləşdirilmiş səkkiz pilləli avtomatik qutu, ön oxda gücləndirilmiş muftası və arxa differensialın qapadılması olan tam ötürməli çəkiş sistemi ilə təchiz edilir. Asqı sistemi Eibach firmasının istehsalı olan adaptiv amortizatorlar və yaylara, həmçinin qalınlığı artırılmış stabilizatorlara sahib olub. Buraxılış sistemi Sport rejimində açılan çəpərciyə malik olub ki, bu da mühərrikin hava ilə təmin edilməsini yaxşılaşdırmalıdır.

B3 Limosine standart olaraq adaptiv sükan mexanizmi ilə təchiz edilir. Alpina B3 modelinə öndə 395 mm, arxada isə, 345 mm ölçüsü olan əyləc disklərini quraşdırıb. Ön mexanizmlkər dördporşenlidir. 1785 kq çəkisi olan sedanın maksimal sürət həddinin 303 km/saatdır. Alpine B3 Limosine 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir. 200 km/saat həddini toplamağa sedana 13,4 saniyə sərf edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ənənəvi olaraq, Alpina avtomobilləri iri hava girişləri olan dəyişdirilmiş ön bamper və firma dizaynına malik olan 19 və ya 20-düymlük təkər diskləri ilə təchiz edir. Yeni modeldə tüner radiator barmaqlığını da dəyişdirib. Təkmilləşdirmələrin siyahısına cihazlar panelinin «adaptasiya» edilmiş qrafikası da daxildir: buradakı dəyişikliklər fonun və şriftlərin rəngindən ibarətdir. Bundan başqa, sifarişçi ötürmələr qutusunun sükanaltı dəstəkləri ilə, Alpina markasına xas olan düymələr arasında seçim edə bilər. Əlbəttə ki, əlavə ödənişlə, salonu nazik Lavalina dərisi ilə üzlətdirmək də mümkündür.

Yeni Alplina B3 sedan və universalına sifarişləri 2020-ci ilin ilk yarısından başlayaraq yerləşdirmək olar.