Tokyoda keçirilən avtosalonda Toyota şirkəti yeni GranAce minivenini nümayiş etdirib. Toyota model xəttində yeni miniven adi HiAce və premium səviyyəli Alphard miniveləri arasında qərarlaşacaqdır.
Uzunluğu 5,3 metr, hündürlüyü 1,97 metr olan Toyota HiAce modelinin bazasında hazırlanmış GranAce miniveni bazasında hazırlandığı modeldən xrom radiator barmaqlığı, başqa bamperləri və işıqdiodlarından hazırlanmış optikası ilə fərqlənir.
Toyota GranAce modelinin standart təchizatına doqquz təhlükəsizlik yastığı, avtomatik havalandırma sistemi, piyadaları və velosipedçiləri aşkarlayaraq avtomatik əyləcləməni həyata keçirmə funksiyası olan adaptiv kruiz-kontrol, smartfonları dəstəkləyən Display Audio mediasistemi, oturacaqların elektrik ötürməsi, stəkanaltıları və fon işıqlandırması daxildir Yeni minivenin salon tərtibatında dəri, ağac və xovlu döşəmə örtüyündən istifadə edilir.
Toyota GranAce modeli standart olaraq üç oturacaq cərgəsi və altıyerli salon ilə təklif edilir. Əlavə ödənişlə iki fərdi oturacağı olan dördüncü cərgəni də sifariş etmək olar. İkinci və üçüncü cərgə ayaqaltı dəstəyi olan yüksək rahatlıqlı kreslo cütlüyü ilə təchiz edilir.
Konstruktiv olaraq GranAce adi HiAce modelindən yaylı arxa asqısı ilə seçilir. Miniven 163 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 2,3-litrlik turbodizel və 6-pilləli avtomatik qutu ilə hərəkətə gəlir. Ötürmə - arxayadır.