Amerikan Barrett-Jackson hərracında 1979-cu ilin Porsche 928 sportkarı rekord məbləğə satılıb. Nadir idman avtomobili, baş qəhrəmanını o zaman aktyorluq karyerasına yenicə başlamış Tom Kruzun oynadığı “Riskli biznes” filminin çəkilişində iştirak edib. Unikal kupe 1.980.000 dollara satılıb.

Filmin süjetinə görə, Tom Kruzun qəhrəmanı Coel Qudson atasının avtomobilini idarə edərkən müxtəlif xoş olmayan sərgüzəştlər ilə üzləşir. Əslində, çəkiliş meydançasında bir neçə Porsche 928 sportkarı olub, lakin hərraca çıxarılan nüsxə daha çox ekranda görünün avtomobildir. Bu səhnələrin arasında protaqonistin “qatil-sutenyor” tərəfindən təqib səhnələri də var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Üstəlik, Tom Kruz məhz bu sportkarda mexaniki qutusu olan avtomobili idarə etməyi öyrənib. Bu faydalı vərdiş sonradan aktyorun karına gəlib – xüsusən də “Missiya yerinəyetirilməzdir” filmində. Xatırladaq ki, bu filmdə agent İtan Hant bir çox nəqliyyat vasitələrindən istifadə edir.

1977-ci ildə debüt edən Porsche 928 sportkarı Şimali Amerika bazarında 4,5-litrlik V8 mühərrikinin 222 at qüvvəli versiyası ilə təchiz edilirdi. Sportkar 97 km/saat həddini 6,5 saniyəyə toplayır və 230 km/saata qədər sürətlənirdi. Çəkilişlər bitdikdən sonra, kupe özəl kolleksiyada saxlanılıb və mütamadi olaraq müxtəlif sərgilərdə iştirak edib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.