Top Gear şousunun epizodlarının birinin çəkilişi zamanı seriyaöncəsi Alpine A110 kupesu alışıb. Bu zaman avtomobildə aparıcılar Kris Harris və Eddi Cordan olub. Çəkilişlər Monte-Karlo Rallisinin on yeddinci xüsusi hissəsində aparılırmış. Aparıcılar avtomobilin alışmasından xəbərsiz olublar. Avtomobilin alt hissəsindən alovların yüksəldiyi barədə xəbəri onlara çəkiliş qrupu bildirib. Harris və Cordan xəsarət almadan avtomobili tərk ediblər.
Apline A110 kupesi 252 at qüvvəsi və 320 Nm fırlanma anı olan 1,8-litrlik turbomühərriklə hərəkətə gəlir. Güc aqreqatı «yaş» muftaları olan yeddi pilləli robotlaşdırılmış Getrag ötürmələr qutusu ilə birgə çalışır. A110 modelinin qabarit uzunluğu 4,18 metr, eni - 1,8 metr, hündürlüyü - 1,25 metr təşkil edir. Beləliklə, Alpine A110 modeli Porsche 718 Cayman sportkarından 199 millimetr qısa, bir millimetr ensiz və 45 millimetr alçaqdır. Avtomobil öndə və arxada ikili köndələn qolları olan alüminium asma ilə təchiz edilmişdir.
İstehsalçı çəkiyə qənaət etmək məqsədilə yüksək sürtünməli differensialdan imtina etmişdir. Onun əvəzinə, differensialı təqlid edən elektron variantı quraşdırılmışdır. Avtomobilin çəkisi oxlar arasında 44:56 nisbətində paylanmışdır. Çəkini optimal şəkildə paylamaq üçün yanacaq çənini avtomobilin ön hissəsində yerləşdirmişdirlər. İlk partiyadan olan avtomobillə öndə 205 millimetrlik, arxada isə 235 millimetrlik şinləri olan 18-düymlük təkər diskləri ilə təchiz ediləcəkdirlər.
Qalan modellər üçün isə, 195 və 225 millimetrlik şinləri olan 17-düymlük təkər diskləri standart olaraq quraşdırılacaqdırlar. Artıq şirkət Alpine A110 modelinə sifarişləri qəbul etməyə başlamışdır. Avtomobilin satış qiyməti 58500 avro təşkil edir.