Hesab edin ki, yeni nəsil Mercedes-AMG G63 ofrouderinin sahibisiniz və getdiyiniz restoranın qarşısında onlarla belə avtomobili görürsünüz. “Qaqaşlar” demişkən “beyniniz çönür” və dərhal avtomobilinizi digərlərindən fərqlənən etmək istəyirsiniz. Bəs nə etməli?
Biz bilirik. Birbaşa TopCar atelyesinə yollanmanız məsləhətdir. Uzaqda da deyil, Rusiyadadır. Burada sizin “bərkgedən” ofrouderinizi karbon və kevlardan hazırlanmış “paltarla” təchiz etməyə hazırdırlar. Inferno adlanan və 70 detaldan ibarət olan bu dəst avtomobilinizi digərilənin arasında 10% tanınan edəcəkdir. Həvəsiniz və maliyyə imkanlarından asılı olaraq sizə qiyməti 20-50 min dollar arasında bir neçə təkmilləşdirmələr variantı təklif ediləcəkdir.
Söz söyləmək artıqdır. Buyurun qalereyaya...