Mercedes komandasının rəhbəri Toto Volf bu il Ferrari ilə çempionluq uğrunda mübarizənin çox amansız olacağını bildirib. Bildiyimiz kimi, Sebastyan Fettel Lyuis Həmiltonu pilotlar çempionatında 7 xal üstələyir. Öz növbəsində, Konstruktorlar kubokunda alman komandası italyan rəqibindən 44 xal irəlidədir.

"Hələ Spadakı mərhələyə qədər fərziyyələrin irəli sürülməsinin təhlükəli olduğunu söyləmişdik və yarış da buna əyani sübut oldu, - Sky Sports Toto Volfdan sitat gətirib. - Mercedes və Ferrari güzəştsiz mübarizəyə girişiblər. Bizim bu yarışdan qalib ayrıldığımıza baxmayaraq, Ferrari o qədər də uduzmayıb. Artıq mövsümün sonuna kimi hər bir yarışda belə gərgin mübarizənin gedəcəyini gözləyirik. Əbu-Dabidəki final yarışına kimi qüvvətlər nisbəti bir neçə dəfə dəyişə bilər. Biz isə, Monzadan başlayaraq, hər bir yarışdan mümkün qədər çox xalla ayrılmalıyıq".