Bu il məşhur italyan Carrozzeria Touring Superleggera kuzov atelyesi özünün 95 illik yubileyini qeyd etməyə hazırlaşır. İtalyan atelyesi özünün maraqlı layihələri sayəsində öz adını avtomobil dizaynı tarixinə yazdırmağa müvəffəq olub – belə layihələrdən biri də oxucularımıza yaxşı tanış olan Disco Volante modelidir.
Touring Superleggera Disco Volante
Qeyd etmək gərəkdir ki, italyan kuzov atelyesi bir sıra əfsanəvi avtomobillərin dizaynın yaradılmasıda da birbaşa iştirak edib. Atelye öz fəaliyyətini sadə dizayn layihələri ilə başlayıb və əsasən Alfa Romeo sportkarlarının yaradılması üzərində işləyib. Lakin Carrozzeria Touring Superleggera atelyesinə məşhurluğu gətirən Aston Martin DB5 və DB6 modelləri və Lamborghini markasının ilk avtomobili - 350 GT kupesi olub.
Touring Superleggera Disco Volante Spyder
Hazırda atelyesi müştərilərinə öndə yerləşən mühərriki olan avtomobilləri təklif edir. Lakin 95 illik yubileyin şərəfinə hazırlanacaq avtomobil ortamühərrikli superkar olacaqdır. Mühərrikin ortada yerləşməsi ilə yanaşı, yubiley superkarı öz sələflərinin dizayn elementlərinə də sahib olacaqdır. Beləliklə, atelyenin portfoliosunda olan Disco Volante, Spyder və keçən ilki Aero 3 modellərini xatırlasaq, Carrozzeria Touring Superleggera mütəxəssislərinin həddən ziyadə gözəl avtomobilləri yaratdığının şahidi olarıq.
Touring Superleggera Aero 3
Bununla belə, yeni avtomobil barədə ətraflı məlumat verilməyib, lakin onun 450 at qüvvəli 4,7-litrlik V8 mühərriki ilə hərəkətə gələn Disco Volante modelində güclü olacağını söyləmək mümkündür. Atelye yubiley superkarının yığılması prosesinin son mərhələyə qədəm qoyduğunu və onun bu ilin iyun ayında təqdim ediləcəyini bildirib. Superkar Quali, Bridge, Salon Prive və Zoute GP kimi tədbirlərdə təqdim edilə bilər.