Sedanların qlobal satışlarının azalmasına baxmayaraq, Toyota Camry sedanına yüksək tələbat sabit olaraq qalır. Buna görə də, Toyota şirkəti bir müddət bundan öncə restaylinq keçmiş sedanı əsaslı şəkildə yeniləməyib və ABŞ bazarında satılan Camry modelinin avadanlıq siyahısını genişləndirməklə kifayətlənib. Əsas yenilik tərkibinə avtomatik uzaq işıqlar və yol nişanlarını tanıma sistemi daxil olan yeni Toyota Safety Semse 2.5+ aktiv təhlükəsizlik sistemləri paketidir.
2022 Toyota Camry Nightshade
Toyota Camry modelinin adaptiv kruiz-kontrol sistemi indi yol nişanlarını tanıma sistemi ilə birlikdə çalışır ki, bunun sayəsində də avtomobil sərbəst şəkildə bəyan edilən sürət məhdudiyyətini saxlamağı bacarır.
Arxa oturacaqdakı sərnişinlər barədə xəbərdarlıq sistemi, iki zonalı (TRD versiyasında üç zonalı) klimat-kontrol kimi, artıq standart təchizata daxildir. Multimedia sisteminin ekranı yeddi və səkkiz düymlük ola bilər, LE və SE təchizat səviyyələri qızdırılan güzgülərə təchiz edilir, habelə XSE versiyası ilə birlikdə yeni kuzov rənginə Ice Edge rəngina boyana bilərlər.
2022 Toyota Camry TRD
Tərkibinə 18-düymlük qara rəngli təkər diskləri, damdakı qara antenna-üzgəc, yan şüşələrin qara haşiyəsi, qara emblemlər, qapı tutacaqları və güzgü gövdələri daxil olan Nightshade dəsti artıq hibrid versiya üçün də əlçatandır. İndi Camry Hybrid sedanını beş mümkün (LE, XLE, SE, XSE və “qara” Nightshade) təchizat səviyyəsində sifariş etmək olar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.