Toyota şirkəti son 20 ildə hibrid güc qurğularının yaradılması sahəsində qeydə aldığı 24 min patenti hər kəs üçün əlçatan edib. Bundan başqa, yapon istehsalçısı öz avtomobillərində Toyota elektromotorŞ batareya və idarəetmə bloklarını istifadə edən firmalara təmənnasız yardım edəcəyini də bildirib.
Hər iki tədbir şirkətin artan zərərli tullantıların səviyyəsi ilə mübarizə aparmaq və diqqəti elektrikləşdirilmiş nəqliyyat vasitələrinə yönəltməkdir. Toyota şirkətin patentlərin və texniki yardımın ölkə və istehsalçılara “iqlimin dəyişməsi ilə əlaqədar olan problemlərin həll edilməsi üzrə məqsədlərə çatmağa” yardım edəcəkdir.
Sənədlərdə elektromotorlar, qidalanmanın idarə edilməsi blokları və nəzarət sistemləi barədə məlumatlar açıqlanır. Bu patentlərdən müxtəlif növ elektrikləşdirilmiş (adi və qoşulan hibridlərin, yanacaq elementləri ilə işləyən) nəqliyyat vasitələrinin yaradılmasında istifadə etmək olar. Ümumilikdə, Toyota açıq giriş üçün 23740 patenti təqdim edib. Bu bazaya 2030-cu ilə qədər girişə icazə verilib.