Toyota şirkəti dünya üzrə 3,37 milyon avtomobilin servis kampaniyasını keçirəcəyi barədə məlumat vermişdir. Reuters agentliyinin yaydığı xəbərdə iki ayrı servis kampaniyasının keçiriləcəyi də bildirilmişdir. Bu avtomobillərdən 2,87 milyonu yanacağın sızması səbəbindən təmirə göndəriləcəkdir. Bu geriçağırma kampaniyası Prius hibridini, Auris hetçbekini və Corolla ailəsini əhatə edəcəkdir.

Birinci kampaniya 2006 - 2015-ci illər arasında istehsal edilmiş avtomobillərə aid edilmişdir. Daha 1,43 milyon avtomobili isə, Takata firmasının istehsal etdiyi təhlükəsizlik yastıqlarına görə təmirə çağırmalıdırlar. Takata yastıqları qazla doldurulmuş nasaz bloklara malikdir ki, bu səbəbdən də onlar çox güclü şəkildə açıla, eyni zamanda kifayət qədər yeyin işə düşməyə bilərlər. Bu aksiya 2010-2012-ci illər arasında buraxılmış Lexus CT200 və Toyota Prius modellərini əhatə edir. Takata yastıqları ilə əlaqədar Toyota avtomobillərinin sonuncu geriçağırma kampaniyası barədə elan may ayının sonlarına verilmişdir.  O zaman kampaniyaslını 1,6 milyon avtomobili əhatə etdiyi bildirilmişdir. 

Bu avtomobillər 2006- 2011-ci illər arasında buraxılmış Toyota Corolla, Matrix, Yaris, 4Runner, Seenna, Scion xB, həmçinin Lexus ES, GX və İS modelləri olmuşdurlar.