Toyota şirkəti Corolla modelinin 50 milyonuncu nüsxəsinin buraxılması şərəfinə, modelin daxili bazar üçün nəzərdə tutulmuş xüsusi versiyasını hazırlayıb. Corolla Style 50 Million Edition adınını almış versiya dekor elementləri, genişləndirilmiş aksessuarlar siyahısı və kuzovun eksklüziv rəngləri ilə seçilir.
Xüsusi seriyadan olan avtomobilləri boz-mavi Slate Gray Metallic, tünd qəhvəyi Army Rock Metallic və boz Precious Metal rənglərinə boyamaq olar. Toyota Corolla Style 50 Million Edition modelinin satış qiyməti 2,83 milyon yendən başlanır.
Xüsusi seriyadan olan avtomobillər adi modellərdən qara tutqun rəngli 17-düymlük təkər diskləri, spoyler, habelə idman oturacaqları və salonun qızılı haşiyələri (cihazlar panelinin, havalandırma deflektrolarının və qapı kartlarında) ilə seçilir.
Corolla Style 50 Million Edition modeli sedan, hetçbek və universal kuzovları ilə təklif olunur və alternativsiz hibrid güc qurğusu ilə təchiz edilir. Hibrid güc qurğusunun tərkibinə 98 at qüvvəli 1,8-litrlik atmosfer mühərriki və 72 at qüvvəli elektromotor daxildir.
Bu gün Toyota Corolla modeli dünyanın 150 ölkəsində satılır və Yaponiya, Braziliya, Venesuella, Çin, Pakistan, Cənubi Afrika, Tayvan, Tailand, Vyetnam, Türkiyə, ABŞ və Böyük Britaniyada yerləşən 12 zavodda istehsal olunur. Toyota şirkətindən hı 30 saniyədə dünyada bir Corolla avtomobilinin satıldığını bildiriblər. Bu model ən kütləvi avtomobil adını qorumağa davam edir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.