Toyota şirkəti Avropa bazarında satılan Corolla modelinin yenilənmiş variantının ilk fotoşəkillərini dərc etmişdir. Yenilənmiş Corolla modelinin Avropadakı satışlarına bu ilin yayında start veriləcəkdir. Yenilənmiş Toyota Corolla hal-hazırda satışda olan modeldən tamamilə yenilənmiş ön hissəsi ilə seçilir. Avtomobil yeni qabaq bamper, radiator barmaqlığı və işıq diodlarından elementləri olan ön işıq texnikası ilə təchiz edilmişdir. Bundan başqa, sedanın arxa hissəsində yeni fənərlər və xromla örtülmüş əlavə elementlər quraşdırılmışdır.

Yenilənmiş avtomobil üçün 16 və 17 düymlük təkər diskləri də sifriş etmək olar. Avropa üçün nəzərdə tutulmuş Toyota Corolla modeli yeni üç rəng də daxil olmaqla doqquz müxtəlif rəngə boyana bilər.

Əlavə olaraq, satış bazarından aslı olaraq, avtomobilin standart təchizatına Toyota Safety Sense təhlükəsizlik sistemləri dəsti daxil ediləcəkdir. Bu dəstin tərkibinə mümkün toqquşmaları önləyən sistem, zolarlara nəzarət sistemi, yol nişanlarının tanınması və avtomatik olaraq uzaq işıqlarının yaxına keçirilməsi sistemi daxildir.

Avtomobilin mühərriklər çeşidinin yenilənməsi barədə heç bir məlumat daxil olmamışdır. Azərbyacan bazarında Corolla 99 at qüvvəli 1,33-litrlik və 132 at qüvvəli 1,6-litrlik benzin mühərrikləri ilə təklif edilir. Avtomobilin satış qiymətləri 26600 manatdan başlayır. 

Image alt Image alt Image alt Image alt