Toyota şirkəti Avropada satılan Camry Hybrid modelinin yenilənmiş versiyası barədə məlumatı paylaşıb. Sedanın interyer və eksteryeri cüzi şəkildə yenilənmiş, model fərqli multimedia sisteminə və yeni avadanlıqlara sahib olmuşdur.
Yenilənmiş Camry Hybrid sedanını bir qədər dəyişdirilmiş dizaynı olan ön bamper və xrom haşiyələrə malik olan "uzadılmış" zolaqları olan radiator barmaqlığı sayəsində tanımaq olar. Barmaqlıq iki rəngdədir: qara və ya tünd boz. Bundan əlavə, model 17 və ya 18 düymlük yeni dizaynlı təkər disklərini, boz Deep Metal Grey rəngini və arxa fənərlərin yenidən işlənmiş naxışını əldə edib.
Salonda, ön paneldə daha yüksəkdə yerləşən yeni doqquz düymlük sensorlu ekranı olan multimedia sistemi quraşdırılıb. Sistem ayrıca fiziki düymələr və “şaybalar” ilə təchiz olunur, komandalara daha sürətli cavab verir, habelə Apple CarPlay və Android Auto vasitəsilə smartfonların inteqrasiyası funksiyasına malikdir.
Toyota şirkəti avropalı müştərilərə salonun yüksək keyfiyyətli bej və qara rəngli dəlikli dəri ilə tərtibat variantlarını təklif edəcəkdir.
Yenilənmiş Camry Hybrid modelinin avadanlıq siyahısına Toyota Safety Sense təhlükəsizlik kompleksinin son versiyası daxil edilib. Buraya, dönərkən digər avtomobilləri tanıya bilən yenidən işlənmiş öndən toqquşmaların qarşısını alan sistem, həmçinin yol nişanlarına reaksiya verən yenilənmiş adaptiv kruiz-kontrol və təkmilləşdirilmiş zolaqda saxlama köməkçisi daxildir. Toyota Camry Hybrid modelinin güc qurğusu dəyişilməyib: 2,5-litrlik mühərrrikin əsasında yaradılmış hibrid güc qurğusu 218 at qüvvəsi hasil edir.
Yenilənmiş Toyota Camry Hybrid modelinin Avropa bazaırndakı satışlarına noyabr ayınin sonunda başlanacaqdırr.