Toyota konserni ilə JAXA yapon aerokosmik agentliyi əməkdaşlıq haqqında üçillik müqavilə imzalayıblar. Bu müqaviləyə əsasən, tərəflər Ayın səthini tədqiq etmək üçün astronavtlara yardım edəcək idarə edilən təkərli evi hazırlayacaqdırlar.
Keçirilmiş mətbuat konfransında tərəflər ilin sonun qədər prototipin yaradılması üzərində işlərin aparılmayacağını bildiriblər. Bu müddət ərzində mütəxəssislər texniki tələb və tapşırıqların hazırlanması ilə məşğul olacaqdırlar. 2020-ci ildən başlayaraq Aymobilin üzərində çalışmalara start veriləcəkdir. Yerdə sınaqları keçiriləcək ilk test prototipinin inşa işlərini 2022-ci ildə tamamlamaq planlaşdırılır.
Eksperimental prototip Toyota seriya modellərinin birinin bazasında yaradılacaqdır. Bu prototip gələcək aymobilin kiçildilmiş surəti olacaqdır. Aya göndəriləcək nəqliyyat vasitəsinin uzunluğu 6 m, eni - 5,2 m, hündürlüyü isə 3,8 m olacaqdır. Avtomobilin kabinasında iki astronavtın yaşayacağı 13 m2 ölçüsündə yaşayış bölümü təşkil ediləcəkdir.
Aya göndərilməyə hazır olacaq ilk təcrübə nüsxəsi 2027-ci ildə hazır olmalıdır. JAXA astronavtların Ayda altı həftə ərzində işləməsini, aymobilin isə 1000 km məsafəni qət etməsini istəyir. Astronavtların skafandrdan azad olması üçün Aymobilin kabinasına oksigen verən sistem quraşdırılacaqdır.