Keçən həftə Toyota şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Boulevard Hotel kompleksində yenilənmiş RAV-4 və yeni nəsil Fortuner ofroderinin kütləvi təqdimat mərasimini keçirmişdir. Mərasimə Toyota Bakı Mərkəzinin sayıb-seçdiyi müştəriləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər avtomobil istehsalçılarının yerli nümayəndəliklərinin rəhbər işçiləri dəvət edilmişdirlər. Təqdimat mərasimi yaponlara xas olan dəqiqlik və ciddiyəti ilə seçilirdi. İlkin olraq dəvət olunan qonaqlar qarşısında çıxış edən İSR Auto şirkətinin rəhbəri Akihisa Əndi Vatanabe toplaşanları azərbaycan dilində salamladı.
İlkin olaraq, örtük yenilənmiş Toyota RAV-4 modelinin üzərindən qaldırılıdı. Bilindiyi kimi, yenilənmiş RAV-4 modeli əvvəkli modeldən yeni radiator barmaqlığı, ön və arxa bamperlərlə və ön fənərələrin yeni forması ilə seçilir. Bundan əlavə, krossover baqaj bölməsinin yeni qapağını əldə etmişdir.
Krossoverin interyerindəki dəyişikliklər yenilənmiş cihazlar panelindən, avtomat sürətlər qutusunun yeni selektorundan, yeni formalı stəkanaltılarından və günəş eynəklərinin bərkidilməsi üçün yerlərdən ibarətdir.
Toyota Bakı Mərkəzi RAV-4 krossoverini Urban, Urban+ və Prestige təchizat səviyyəsi və iki növ ötürmə - öndən və tam ötürməli çəkişli sistem ilə təklif edir. Krossover 37700 manatdan başlayan qiymətlərlə təklif edilir. Toyota RAV-4 krossoverinin top-variantı 58600 manata satılır.
Yenilənmiş Toyota RAV-4
Toyota Bakı Mərkəzinin təqdim etdiyi ikinci avtomobil Fortuner ofroderinin yeni nəsli oldu. Yeni ofroder sələfi kimi Hilux pikapının bazasında yaradılmışdır. Yeddi sərnişin üçün nəzərdə tutulmuş ofroder pikapdan fərqli olaraq yayları olan beşqollu arxa asqı ilə təchiz edilir. Ofroderin qabarit uzunluğu 4795 millimetr, eni 1855 millimetr, hündürlüyü isə 1835 millimetr təşkil edir. Avtomobilin təkər bazası isə 2745 millimetrə bərabərdir. Beləliklə, yeni avtomobil sələfindən 90 millimetr uzun və 15 millimetr enlidir. Toyota Fortuner modelinin klirensi 225 millimetrdir.
Fortuner 177 at qüvvəli 1GD-FTV 2.8 dizel güc aqreqatını əldə etmişdir. Yeni mühərrikin fırlanma anı sürətlər qutusunun növündən aslı olaraq dəyişir. Altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilmiş mühərrikin fırlanma anı 420 Nm təşkil edir.
Avtomatik sürətlər qutusu almış variantın fırlanma anı isə 450 Nm-ə bərabərdir. Mexaniki sürətlər qutusu ilə təchiz edilmiş avtomobil 3 ton ağırlığında yedəyi qoşquya almaq iqtidarındadır. «Avtomat»la təchiz edilmiş variantda bu göstərici 200 kiloqram azdır.
Nizin bazarda Toyota Fortuner modeli yeganə təchizat səviyyəsi olan Pioneer komplektasiyasında təklif edilir.
Qiyməti 51800 manat olan ofroder 122 at qüvvəsi gücü və 245 Nm fırlanma anı olan 2,7-litrlik benzin mühərriki, altı pilləli avtomatik sürətlər qutusu və Part-time tam ötürməli çəkiş sistemi ilə təchiz edilir.